Arvadına adsız nömrədən gələn mesajı gördü: sevgilisinə ərini öldürtdü


Dünya 09 Noy 2017 13:15:00 330 0

Arvadına adsız nömrədən gələn mesajı gördü: sevgilisinə ərini öldürtdü

Türkiyədəki dəhşətli qətllə bağlı diqqət çəkən detallar ortaya çıxıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, Konyanın Altınekin qəsəbəsində Ali Sarını (37) tarlasında tapançayla başından vuraraq öldürdüyü iddia edilən əmisi oğlu İskender Sarı (47) ilə birgə işbirliyində adı çəkilən Zekiye Sarı (31), məhkəmə zalında həbs edilib. İskender Sarı ifadəsində Zekiye Sarı ilə 6 aydır münasibətdə olduğunu, Alinin də bu münasibətdən şübhələndiyi üçün öldürdüyünü etiraf edib. 

Olay 2 noyabr günü baş verib. Qəsəbədə əkinçiliklə məşğul olan 2 uşaq atası Ali Sarı səhər saatlarında başından tapançayla vurularaq öldürülmüş halda tapılıb. 

Şübhəli İskender Sarı ifadəsində əmisi oğlu Ali Sarının həyat yoldaşı Zekiye Sarı ilə 6 aydır eşq yaşadıqlarını deyib.

Bundan sonra da Zekiye Sarının Ali Sarını öldürməyini istədiyini iddia eden İskender Sarı ''Zekiye Sarı mobil telefonuma "Onu öldürək və canımız qurtasın. Yoxsa bizi kənddə biabır edəcək" mesaj yazdı. Mesajdan sonra tarlaya getdim. Traktorun üstündə bir müddət söhbət etdik. Daha sonra tapançayla başına atəş açaraq öldürdüm".


Xəbərə aid fotolar