Sabiq futbolçunu ildırım vurdu


İdman 09 Noy 2017 11:50:00 265 0

Sabiq futbolçunu ildırım vurdu

Bir müddət "Standart Liege" və Royal Antwerp"də forma geyinən Denis Andre Dasul həlak olub. Goal.az xəbər verir ki, 34 yaşlı sabiq yarımmüdafiəçi İndoneziyada sörfinqlə məşğul olduğu vaxt onu ildırım vurub. Dasulun hər iki keçmiş komandası başsağlığı mesajı yayımlayıb. Hadisə noyabrın 4-ü Bali adasında baş verib. İldırım vurmasından onun sörf müəllimi də dünyasını dəyişib.

Dasul vaxtilə Belçikanın U-18 yığmasında kapitan olub. 2011-ci ildə karyerasını başa vuran havbek rəfiqəsi Pellaers Allisonla birlikdə Avstraliyaya köçmüşdü.