Messi: "Dünya çempionu olsaq, Müqəddəs Nikolas kilsəsinə piyada gedəcəm"


İdman 09 Noy 2017 11:16:00 317 0

Messi: "Dünya çempionu olsaq, Müqəddəs Nikolas kilsəsinə piyada gedəcəm"

Argentina millisinin lideri Lionel Messi "TyC Sports" kanalına müsahibə verib.

Goal.az xəbər verir ki, ulduz futbolçu ilk öncə 2018-ci ildə Rusiyada təşkil olunacaq mundialda favoritlərini açıqlayıb.

"Dünya çempionatının qrup mərhələsində İspaniya ilə düşmək bizim üçün ən pis sürpriz olardı. Onlarla qarşılaşmaq istərdim, ispanlar güclü rəqibdir. Braziliya, Almaniya, Fransa da dünya çempionatının favoritləri sırasındadır. Bu komandalar hazırda ən yaxşı təsir bağışlayan, usta oyunçulara malik kollektivlərdir.

Dünya çempionatına vəsiqə qazanacağımıza inanırdım. Ekvadorla oyundan öncə də məsələni həll edə bilərdik. Dünya çempionu olsaq, söz verirəm, Müqəddəs Nikolas kilsəsinə piyada gedəcəm. Hamımız dünya çempionatının qalibi olmaq istəyirik".

Müqəddəs Nikolas kilsəsi Messinin doğma şəhəri Rozarionun bir neçə kilometrliyində yerləşir. Bu ərazi Müqəddəs Məryəmin görünməsinə görə məşhurdur. Messi karyerasını Rozarioda başa vurmaq istədiyini bir daha qeyd edib.

"Növbəti illərdə nə olacağını bilmirəm. Gələcəyə köklənmirəm, bu günlə yaşayıram. Yenidən "Newell's Old Boys"da, çox oyun gördüyüm stadionda oynamaq istərdim.

Argentina millisində yalnız mənim dostlarımın oynadığını demək hörmətsizlikdir. Mənim belə qərarlar verməyim tamamilə yalandır. Heç vaxt hansısa futbolçunu heyətə salmaq və ordan çıxarmağı xahiş etməmişəm və etməyəcəm də".