Abşeronda yerləşən şadlıq evində müğənni bıçaqlanıb


Şou-biznes 09 Noy 2017 08:15:00 238 0

Abşeronda yerləşən şadlıq evində müğənni bıçaqlanıb

Hadisə onunla tanışları arasında düşən mübahisə zamanı baş verib

Abşeron rayonunun Xocaəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu "Murad" şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman bıçaqlanıb.

Hadisə onunla tanışları arasında düşən mübahisə zəminində qeydə alınıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.