Əllərin və ayaqların həmişə üşüməsi hansı xəstəliklərin xəbərçisidir?


Digərləri 09 Noy 2017 07:28:00 347 0

Əllərin və ayaqların həmişə üşüməsi hansı xəstəliklərin xəbərçisidir?

Soyuq və küləkli havada üşümək adi haldır. Amma temperatur normal olduğu zaman əlləriniz və ayaqlarınız üşüyürsə, bunun səbəbləri üzərində düşünməyə dəyər.

Son.az publika.az-a istinadən bu yazıda oxucuları insanların həmişə üşüməsinin səbəbləri ilə tanış edib.

İnfeksiya xəstəlikləri Xüsusilə qış aylarında tez-tez üzləşdiyimiz soyuqdəymə, qrip, bronxit və sətəlcəm kimi xəstəliklərin ilk əlamətləri üşümə, titrəmə və hərarətin artmasıdır.

Qan azlığı Bəzi insanların üşüməsinin əsas səbəbi qan azlığı kimi tanınan anemiya xəstəliyidir. Bu xəstəliyə əsasən qadınlar arasında daha çox rast gəlinir. Bunun səbəbi yetərsiz qidalanma, ağır pəhriz və həddindən artıq qan itirmə (menstruasiya müddətinin uzun olması) və ya həzm sistemindəki problemlər ola bilər.

Müalicə edilməsə, üşümə ilə başlayan halsızlığı xroniki yorğunluq müşayiət edəcək. Nəticədə insan həyatının keyfiyyəti aşağı düşəcək.

Qeyd etmək laızmdır ki, qadın orqanizminin kişilərdən maraqlı fərqi var: birincilərin əllərində və ayaqlarında qan dövranı həqiqətən də zəifdir. Əvəzində bütün vacib orqanlarda qan dövranı normaldır.

Hətta bu yaxınlarda məsələ ilə bağlı Yuta Universitetində araşdırma həyata keçirilib. Alimlər qadınların bədən və əllərinin temperaturunda 2,8 dərəcə Selsi fərq əldə edib.

Hipoqlikemiya Hipoqlikemiya qanda şəkərin normadan az olmasıdır. Normada qanda şəkərin miqdarı acqarına 3,9 mmol/l (70 mq/dl) - 6,1 mmol/l (110 mq/dl) olmalıdır. Bəzi səbəblərdən qanda şəkərin miqdarının qəfil aşağı düşməsi (3,9 mmol/l-dən və ya 70 mq/dl-dən aşağı) müşahidə olunur, bu da hipoqlikemiya adlanır. Əlamətləri kəskin zəiflik, çox tərləmə, başağrısı, başgicəllənmə bədənin əsməsi, solğunluq, gözlərin qaralması və ikigörmə, narahatlıq, əhvalın dəyişməsi, qorxu, ürəkdöyünmənin sürətlənməsi, güclü aclıq hissi.

Həmçinin hipoqlikemiyanın tez-tez təkrarlanması diabetin yaranma riskini yüksəldir. Tədbir görülməzsə, xəstələrin üçdə birində 10-15 il sonra diabet inkişaf edir.

Diabet Nəzarətdə saxlanılmayan diabet əllərin və ayaqlarn üşüməsinə səbəb ola bilər. Bu halda sinir sonluqlarına daimi hücum baş ağrısı ilə özünü göstərir. Orqanizm ağrı hissini yox etmək istəyir, amma bunu kobud şəkil edir və nəticədə sinirlərin həssaslığını tamamilə "blok" edir.

Yeri gəlmişkən onu da qeyd edək ki, diabet dərhal gəlmir, onun simptomları qar topası kimidir. Əgər siz birdən-birə tualetə tez-tez getməyə başlamısınızsa, özünüzü daim əzgin, yorğn və susuzluq hiss edirsinsizsə, o zaman həkimə müraciət etmək lazımdır.

Tiroid (Qalxanabənzər) vəzi xəstəlikləri Bədənin maddələr mübadiləsini tənzimləyən tiroid vəzinin normal işləməsi bütün orqanların fəaliyyətini yxşılaşdırır.

Qalxanabənzər vəzi çox və ya az işlədiyi hallarda üşümə ilə bərabər insanın gündəlik həyatına mənfi təsir edən daimi yorğunluq hissi, saç tökülməsi, qəbizlik, kökəlmə kimi əlamətlər özünü göstərməyə başlayır.