Yağlı qırmızı bibər turşusunu


Digərləri 09 Noy 2017 07:00:00 315 0

Yağlı qırmızı bibər turşusunu

Qışda süfrələrimizdən əskik etməyəcəyimiz turşulardan biri də yağlı bibər turşusudur. Son.az ailem.az-a istinadən yağlı bibər turşusunun asan hazırlanma qaydasını təqdim edir.

Lazım olanlar:   1 kq qırmızı bibər 1 stəkan sirkə 1 stəkan duru yağ 10 -12 diş sarımsaq  Duz   Hazırlanması:   Əvvəlcə bibərləri yuyub təmizləyin və istədiyiniz ölçüdə doğrayın. Duru yağı, sirkəni geniş bir qaba əlavə edib ocağa qoyun. Həmin qarışım qaynamağa başladıqda bibərin hər iki tərəfini qızartmağa başlayın. Daha sonra 2-3 diş sarımsağı balonun dibinə qoyub üstünə qızaran bibərləri yerləşdirin və duz səpin. Bunu bibərlər bitənə qədər davam etdirin. Daha sonra qabda qalan yağı süzərək balona boşaldın və üzərinə duz, sarımsaq əlavə edib balonun qapağını bağlayın.  Sonra balonu bir neçə dəfə ağzı aşağı çevirib düzəldin. Bunu onun üçün edin ki, balondakı yağ və duz bir-birinə yaxşı qarışsın. Tamamilə soyuduqdan sonra turşunu mütləq soyuducuda saxlayın.   Nuş olsun!