Şəkidə cərimə ödənişini gecikdirmiş sürücülərə qarşı reyd keçirilib - FOTO


Sosial 09 Noy 2017 00:31:00 296 0

Şəkidə cərimə ödənişini gecikdirmiş sürücülərə qarşı reyd keçirilib - FOTO

Reyd zamanı 30-dan çox sürücü saxlanılıb

Şəkidə inzibati xəta törətdiyi üçün cərimə olunmuş, lakin cərimə ödənişini gecikdirmiş sürücülərə qarşı reyd keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 3 saat ərzində keçirilən reyd zamanı 100-ə yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, qayda pozan 30-a yaxın sürücü isə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimələniblər.

Reyd zamanı digər qaydaları pozan sürücülər də inzibati qaydada cərimə olunub, iki sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Şəki DYPB-dən verilən məlumata görə, cərimələri ödəməyən sürücülərə qarşı bu cür reydlər davam etdiriləcək.