Bakıda qadını maşın vuraraq öldürüb, meyit tanınmaz vəziyyətə düşüb


Sosial 08 Noy 2017 23:52:10 256 0

Bakıda qadını maşın vuraraq öldürüb, meyit tanınmaz vəziyyətə düşüb

Hadisə Salyan şossesində baş verib

Bakının Səbail rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Salyan şossesində yolu keçmək istəyən təxminən 35-40 yaşlı qadını avtomobil vurub.

O, hadisə yerində ölüb. Zərbədən sonra qadın tanınmaz hala düşüb. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücünü məsuliyyətə cəlb edib.