Vyetnamda tayfun qurbanlarının sayı 106-a çatıb


Digərləri 08 Noy 2017 20:43:08 341 0

Vyetnamda tayfun qurbanlarının sayı 106-a çatıb

Bazar günündən etibarən Vyetnamın mərkəzi hissəsini cənginə alan "Damri" tayfunu nəticəsində ölənlərin sayı 106-a çatıb.

Bakı. Bazar günündən etibarən Vyetnamın mərkəzi hissəsini cənginə alan "Damri" tayfunu nəticəsində ölənlərin sayı 106-a çatıb. Trend-in məlumatına görə, 25 nəfər hələ də itkin sayılır, 200-ə yaxın yaralı var. Qeyd edək ki, noyabrın 6-11 arasında Vyetnamda Asiya-Sakit okean əməkdaşlıq təşkilatının sammiti keçirilir. Putin və Tarmpın da iştirak edəcəyi sammitin qrafikində təbii fəlakətlə bağlı dəyişiklik edilməyib.