Göygöldə 29 yaşlı gənc sirkə turşusundan zəhərlənib


Sosial 08 Noy 2017 19:59:47 252 0

Göygöldə 29 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Faktla bağlı araşdırma aparılır

Göygöl rayonunda 29 yaşlı gənc sirkə turşusundan zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Şöhrət Məhərrəm oğlu Məmmədov sirkə turşusundan zəhərlənmə əlaməti ilə xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Ş.Məmmədovun hansı səbəblərdən sirkə turşusu içərək özünü zəhərləməsi hələlik məlum deyil.

Yaxınları onun əsəb xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.