Bərdə minik maşını traktorla toqquşub, xəsarət alanlar var


Sosial 08 Noy 2017 19:47:00 318 0

Bərdə minik maşını traktorla toqquşub, xəsarət alanlar var

Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda yol qəzası baş verib. 

"Report"un "Qarabağ" bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini Yalçın Kərimovun idarə etdiyi "VAZ-2107 markalı avtomobil Oktay Məmişova məxsus "Belarus" markalı traktorun qoşqusuna dəyib. Nəticədə minik maşınının sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.