Sənubər İsgəndərli: "Şükür ki, müğənni olmadım"


Şou-biznes 08 Noy 2017 19:30:00 440 0

Sənubər İsgəndərli: "Şükür ki, müğənni olmadım"

Əməkdar artist Sənubər İsgəndərli həmkarlarını müdafiə edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "ATV maqazin onlarla" verilişində deyib ki, aktyorlar kövrək olur:

"Aktyorlara irad tutmaq lazım deyil. Onlara qarşı dözümlü olmaq lazımdır. O qədər kövrəkdilər ki, xarici amillər onlara çox təsir edir. Aktyorlar nəsə deyir, sonra peşman olur".

Bir vaxtlar müğənni kimi fəaliyyət göstərən S.İsgəndərli bu işə son qoymasının səbəbini açıqlayıb:

"Şou-biznesə ayrıca məvhum kimi baxırlar. Burada şou müqabilində pullar qazanılır. Şou-biznes deyəndə ağıla ilk olaraq ikrah hissi doğuran fikir gəlir. Mənim biznesim yox idi, ancaq şou göstərirdim. 1990-cı illərdə durğunluq ərəfəsində məndə başladım oxumağa. Özümə şoka düşdüm ki, nə əcəb mahnı oxudum? Şükürlər olsun ki, Allah düşünən beyin verib. Anladım ki, sənətim oxumaq deyil, bununla çox irəli gedə bilmərəm".