FİFA Serbiyanı cəzalandırdı


İdman 08 Noy 2017 19:32:00 267 0

FİFA Serbiyanı cəzalandırdı

FİFA Serbiya Futbol Federasiyasını cəzalandırıb.

Goal.az xəbər verir ki, cəzaya serbiyalı azarkeşlər səbəb olublar. Yığma komandanın fanatları DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avstriya ilə səfər (3:2) və Gürcüstanla ev oyununda (1:0) pirotexniki vasitələrdən istifadə ediblər, siyasi və irqçi bannerlər açıblar, yolverilməz şüarlar səsləndiriblər. Bütün bunlara görə dünya futbol qurumu serbləri 160 min İsveçrə frankı məbləğində cərimə edib. Bundan əlavə, bu ölkənin futbol federasiyasına ciddi xəbərdarlıq edib.

FİFA Serbiyadan başqa müxtəlif səbəblərlə əlaqədar Argentinanı (40 min İsveçrə frankı), Bosniya və Herseqovinanı (40), Estoniyanı (30), Yunanıstanı (30) və Ukraynanı (39) da cərimələyib.