"Lotu Quli"ni öldürmək üçün 5 milyon dollarlıq anlaşma


Kriminal 08 Noy 2017 19:24:00 331 0

"Lotu Quli"ni öldürmək üçün 5 milyon dollarlıq anlaşma

Ötən günlərdə İstanbulun Bahçelievler bölgəsində yerləşən AVM-də cinayətkar dəstəsinə qarşı aparılan əməliyyatın pərdəarxası ortaya çıxıb.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, saxlanılan şübhəlilərin bir neçə il əvvəl İstanbulda azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin intiqamı üçün razılaşdıqları bildirilib.

2 noyabrda mütəşəkkil cinayətkarlıq dəstəsi "Şirinlər"ə qarşı əməliyyat təşkil olunub və aralarında "Max" ləqəbli Mehmet Sabri Şirinin də olduğu 8 nəfər saxlanılıb. Cinayət işinin sonrakı mərhələsində daha 5 nəfər də ələ keçib.

Saxlanılanların Rövşən Lənkəranskinin intiqamı üçün Azərbaycandan Türkiyəyə getdikləri məlum olub. Aralarında Lənkəranskinin qardaşı Namiq Canıyevin də olduğu 4 nəfər "Lotu Quli"yə qarşı sui-qəsdi yerinə yetirmək üçün 5 milyon dollarlıq razılaşma üçün görüşüblər.