İspaniya məhkəməsi Kataloniya parlamentinin müstəqillik qərarını ləğv etdi


Dünya 08 Noy 2017 19:26:00 320 0

İspaniya məhkəməsi Kataloniya parlamentinin müstəqillik qərarını ləğv etdi

İspaniyanın Konstitusiya məhkəməsi Kataloniya regionunun birtərəfli şəkildə müstəqillik qərarını ləğv edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, məhkəmə Kataloniya regional parlamenti tərəfindən sentyabrda qəbul olunmuş keçid dövrü haqqında qərarı da ləğv edib.

Bundan başqa, Konstitusiya məhkəməsi Kataloniya parlamentinin spikeri və bir sıra üzvləri barədə məhkəmə qərarlarına tabe olmamaq ittihamı ilə bağlı işin baxılmasına başlayıb.