Nazir xəstəxananın baş həkimini dəyişdi


Digərləri 08 Noy 2017 18:52:00 284 0

Nazir xəstəxananın baş həkimini dəyişdi

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına (RMX) yeni baş həkim təyin edilib.

Son.az report-a istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Rəhbər Əziz oğlu Əzizov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, R.Əzizov bundan əvvəl Ağcabədi RMX-nin Poliklinika şöbəsinin baş həkimi işləyib. Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Azad Hüseynov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.