İlham Əliyev: "Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir"


Siyasət 08 Noy 2017 18:26:00 287 0

İlham Əliyev: "Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir"

"Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də şahmat üzrə Avropa komanda çempionatının qaliblərindən ibarət nümayəndə heyəti ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: "Azərbaycan növbəti böyük uğura imza atıb. Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan komandası Avropa çempionatında birinci yer tutub və çempion olub. Bu möhtəşəm qələbə münasibətilə şahmatçıları, məşqçiləri, federasiyanı ürəkdən təbrik edirəm.

Bu, bütün Azərbaycan xalqını sevindirən qələbədir. Şadam ki, bu, artıq birinci qələbə deyil, bu, üçüncü qələbədir. Yəni, üç dəfə Azərbaycan şahmatçıları Avropada birinci yeri tutublar. Bu, onu göstərir ki, budəfəki qələbə də təsadüfi qələbə deyil, bu, təbii qələbədir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.

Gərgin mübarizədə bizim şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını bütün Avropaya və eyni zamanda, dünyaya bir daha nümayiş etdirdilər. Mən sizi dəvət etdim ki, bu qələbə münasibətilə sizi şəxsən təbrik edim. Bilirəm ki, siz bu gecə Bakıya böyük qələbə ilə, kuboklarla qayıtmısınız və bütün Azərbaycan xalqını sevindirmisiniz".

İlham Əliyev bildirib ki, şahmatın Azərbaycanda inkişafı çox sürətlə gedir: "Bilirsiniz ki, bölgələrdə müasir şahmat məktəbləri, şahmat evləri yaradılır. Biz vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni bərpa etmişik. O vaxt - 1970-1980-ci illərdə demək olar ki, bütün bölgələrimizdə müasir şahmat məktəbləri açılmışdır. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində onların bir çoxu bağlanmış, yaxud da ki, təyinatı dəyişirilmişdir, özəlləşdirməyə açılmışdır. İndi onların bir çoxunda digər obyektlər yerləşir. Biz isə bütün bölgələrdə yeni şahmat evlərinin, məktəblərinin tikintisi ilə bağlı çox ardıcıl iş aparırıq. Bölgələrdə yerləşən şahmat evlərinin bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Əlbəttə ki, Bakıda böyük şahmat mərkəzinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir. Əminəm ki, biz yaxın gələcəkdə bunu da edəcəyik".

Prezident deyib ki, eyni zamanda, Azərbaycanda beynəlxalq yarışlar mütəmadi qaydada keçirilir: "Vüqar Həşimovun adını daşıyan beynəlxalq turnir artıq dünya miqyasında çox mötəbər bir yarış kimi qiymətləndirilir. Əlbəttə ki, dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakı bunun səviyyəsini göstərir. Biz hamımızın iştirak etdiyimiz Ümumdünya Şahmat Olimpiadasını da xatırlayırıq. Bu da çox möhtəşəm idman yarışı idi. Demək olar, Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə bəlkə də ikinci bir tədbir idi ki, yüksək səviyyədə keçirilmişdir. Azərbaycanda belə bir tədbirin keçirilməsi əlbəttə ki, bizim şahmat sahəsində əldə etdiyimiz uğurların təzahürüdür.

Bu dəfə isə Azərbaycan komandası bir daha bizi sevindirdi. Komandamızın iştirakçıları, onların hamısı gənclərdir, gənc nəsildir, müstəqillik dövründə yetişmiş şahmatçılardır. Bu qələbə doğrudan da həm müstəqilliyimizin uğurlu inkişafını və həm də ölkəmizin intellektual səviyyəsini göstərir. Azərbaycan Olimpiya Oyunlarında, Avropa və İslam Həmrəyliyi Oyunlarında artıq dünyada sübut edib ki, böyük idman dövlətidir. Biz Bakıda keçirilmiş Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Yay Olimpiya Oyunlarında isə medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi nailiyyətdir, tarixi qələbədir. Bu qələbə - şahmat sahəsində əldə edilmiş qələbə onu göstərir ki, xalqımızın, eyni zamanda, çox güclü intellektual potensialı var. Bu, əlbəttə ki, ölkəmizi və xalqımızı fərqləndirən amillərdən biridir. Həm döyüş idman növlərində, eyni zamanda, komanda idman növlərində də uğurlarımız var. İntellektual idman növündə - şahmatda bu qələbə doğrudan da bizim hamımızı çox sevindirir.

Mən xarici mətbuatı da izləmişəm. Bilirəm ki, bu qələbə xarici mətbuatda çox geniş işıqlandırılmışdır. Avropa qitəsində şahmat sahəsində birinci olmaq, özü də üçüncü dəfə birinci olmaq doğrudan da böyük tarixi qələbədir.

Mən sizi dəvət etdim ki, şəxsən sizi təbrik edim. Əvvəlki illərdə bizim görüşlərimiz çox olmuşdur. Siz bu binada dəfələrlə olmusunuz. Sizin Ulu Öndərlə şəkliniz bütün bölgələrdə şahmat evlərinin divarında asılıbdır və bu, gənc uşaqlar üçün də bir nümunədir. Mən də bölgələrdə o şahmat məktəblərinin açılışında uşaqlarla görüş əsnasında həmişə deyirəm ki, siz də bizim tanınmış şahmatçılar kimi olmalısınız, dünya miqyasında qələbə qazanmalısınız, xalqımızı sevindirməlisiniz və Azərbaycanı təbliğ etməlisiniz. Sizin indiki qələbəniz də əminəm ki, şahmatın Azərbaycanda populyarlaşmasında öz müsbət rolunu oynayacaq, şahmat bölmələrinə axın daha da güclənəcək.

Bu, sizin ümumi qələbənizdir. Sizi təbrik edirəm, sizə yeni uğurlar və qələbələr arzulayıram".

Nərminə Ağası: Bollivud həyatın parlaq rəngləri və xoşbəxt sonluqdur!  FOTO like
  • 08 Noy 18:24  
Digərləri Nərminə Ağası: Bollivud həyatın parlaq rəngləri və xoşbəxt sonluqdur! FOTO

Biz hamımız hind kinematoqrafiyası ilə çox yaxşı tanışıq, bu filmləri

arrow Ətraflı
Azərbaycan DÇ-2022-nin təhlükəsizliyinə dəstək verəcək like
  • 08 Noy 18:24  
İdman Azərbaycan DÇ-2022-nin təhlükəsizliyinə dəstək verəcək

Qətərin paytaxtı Dohada "Böyük tədbirlərdə təhlük

arrow Ətraflı
İstanbulda türkdilli dövlətlərin rabitə nazirlərinin iclası keçiriləcək like
  • 08 Noy 18:21  
Digərləri İstanbulda türkdilli dövlətlərin rabitə nazirlərinin iclası keçiriləcək

İstanbulda Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının rabitə və in

arrow Ətraflı
Azyaşlı qızına zəhər verib öldürən qadına like
  • 08 Noy 18:20  
Digərləri Azyaşlı qızına zəhər verib öldürən qadına

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər ve

arrow Ətraflı
Musiqili Teatrda premyera  "Hacı Qara" like
  • 08 Noy 18:18  
Kriminal Musiqili Teatrda premyera "Hacı Qara"

Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyeras

arrow Ətraflı
ABŞ Kubaya sanksiya tətbiq edib like
  • 08 Noy 18:17  
Dünya ABŞ Kubaya sanksiya tətbiq edib

Sanksiyalar noyabrın 9-da qüvvəyə minəcək

arrow Ətraflı
Arvadından müğənniyə 39 yaş sürprizi  FOTOLAR like
  • 08 Noy 18:12  
Digərləri Arvadından müğənniyə 39 yaş sürprizi FOTOLAR

Müğənni Berdan Mardini 39 yaşını qeyd edib.

arrow Ətraflı
UNEC-də “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatı like
  • 08 Noy 18:08  
Digərləri UNEC-də “Respublika İnnovasiya Müsabiqəsi”nin təqdimatı

UNEC-də İqtisadiyyat Nazirliyi ilə BMT-nin Azərbaycan nümayəndəliyinin bi

arrow Ətraflı
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib like
  • 08 Noy 18:08  
Siyasət Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Prezident İlham Əliyev Kambocanın Kralı Norodom Sihamoniyə təbrik məktubu

arrow Ətraflı
Azərbaycanlı məmurun məşhur qohumu qətlə yetirildi  Gəncəli "Qoşu" öz restoranında öldürülüb like
  • 08 Noy 18:08  
Digərləri Azərbaycanlı məmurun məşhur qohumu qətlə yetirildi Gəncəli "Qoşu" öz restoranında öldürülüb

Noyabr ayının 4-ü, gecə saat 5:00 radələrində Gəncədə müəmmalı qət

arrow Ətraflı
Azərbaycan Prezidenti Kambocanın Kralını təbrik edib like
  • 08 Noy 18:05  
Sosial Azərbaycan Prezidenti Kambocanın Kralını təbrik edib

Məktub Kamboca Krallığının milli bayramı – Müstəqillik Günü münasib

arrow Ətraflı
Azərbaycanda problemli kreditlər artmaqda davam edir like
  • 08 Noy 18:04  
İqtisadiyyat Azərbaycanda problemli kreditlər artmaqda davam edir

Bu rəqəm oktyabrın 1-nə 1 857,1 mlrd. manat təşkil edib

arrow Ətraflı
Dünyanın ən güclü insanları Azərbaycan polisləri imiş  FOTO like
  • 08 Noy 18:03  
Digərləri Dünyanın ən güclü insanları Azərbaycan polisləri imiş FOTO

Azərbaycan idmançıları arasında 9 qat və 6 qat dünya çempionları var.

arrow Ətraflı