Azərbaycanda 5 yaşlı qızın ürəyinə iynə batdı FOTO


Digərləri 08 Noy 2017 18:00:00 261 0

Azərbaycanda 5 yaşlı qızın ürəyinə iynə batdı  FOTO

Bakıda 5 yaşlı qızın ürəyinə iynə batıb.

Son.az medicina.az-a istinadən xəbər verir ki, hadisə uşaq öz dostları ilə oynayarkən baş verib. Belə ki, uşaqlardan birinin əlindəki şprits qızın ürək nahiyəsinə batıb. Şpritsin plastmas tərəfi qırılıb və iynə körpənin daxilinə doğru nüfuz etməyə başlayıb. 

Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən uşağı cərrah Gündüz Ağayev müayinə edib. 5 yaşlı qızın ürəyində sağ mədəciyin divarında ürəklə birgə pulsasiya edən iynə aşkar olunub və ürəyin yad cismi diaqnozu qoyulub.

G. Ağayevin sözlərinə görə, əməliyyatdan öncə müəyyən edilib ki, iynə ürəyi 2 mm zədələyib və artıq qanama başlayıb. 


Xəbərə aid fotolar