Azərbaycanlı məmurun məşhur qohumu qətlə yetirildi Gəncəli "Qoşu" öz restoranında öldürülüb


Digərləri 08 Noy 2017 18:08:00 288 0

Azərbaycanlı məmurun məşhur qohumu qətlə yetirildi  Gəncəli "Qoşu" öz restoranında öldürülüb

Noyabr ayının 4-ü, gecə saat 5:00 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.

Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki "Təhsil" idman kompleksinin keçmiş direktor müavini, sahibkar, "Qoşu" ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.

Son.az gununsesi.info-ya istinadən xəbər verir ki, qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan "Çinar" restoranında baş verib.

Hadisə ilə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.