Moskvada administrasiya binası yanır


Dünya 08 Noy 2017 17:51:05 261 0

Moskvada administrasiya binası yanır

Binanın yanğın baş verən hissəsində işləyən insanların bir hissəsi oranı tərk edə bilməyib

Moskva şəhərinin Yasenevo rayonunun administrasiya binasında yanğın başlayıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Moskva Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Binanın yanğın baş verən hissəsində işləyən insanların bir hissəsi oranı tərk edə bilməyib.