Dağlıq Qarabağ məsələsi NATO PAnın seminarında gündəmə gətirildi


Siyasət 08 Noy 2017 17:56:00 299 0

Dağlıq Qarabağ məsələsi NATO PAnın seminarında gündəmə gətirildi

NATO Parlament Assambleyasının Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilən 96-cı Rouz-Rout seminarında Dağlıq Qarabağ məsələsi gündəmə gətirilib.

Son.az xəbər verir ki, seminarda iştirak edən Milli Məclisin deputatı, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı Trend-ə bildirib ki, çıxışı zaman beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsinə ikili standartlarla yanaşdığını qeyd edib.

Deputat bildirib ki, başqa ölkələrlə bağlı qətnamələr qəbul ediləndə, dərhal onun icra mexanizmi də tapılır və tədbirlər görülür:

"Çıxışımda bildirdim ki, Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır, bir milyondan artıq həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, lakin indiyə qədər bu qətnamələr icra edilməyib. Söhbət Dağlıq Qarabağ məsələsinə, Azərbaycan ərazilərinin işğalına gələndə beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir, bu məsələyə laqeyidlik edirlər, "bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur" deməklə canlarını qurtarmağa çalışırlar. Bildirdim ki, bu tamamilə yanlış fikirdir. Əgər hər hansı bir təşkilat bu məsələnin sülh yolu ilə həllinə töhfə verə bilərsə, buna hər hansı bir məhdudiyyət və ya qadağa qoyulmayıb".

M.İbrahimqızı bildirib ki, beynəlxalq təşkilatların bu cür yanaşması ikili standartların təzahürüdür.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində