Fransa millətçilərinin liderinin deputat toxunulmazlığı ləğv edildi


Dünya 08 Noy 2017 17:57:00 298 0

Fransa millətçilərinin liderinin deputat toxunulmazlığı ləğv edildi

Fransa parlamentinin Aşağı Palatası Milli Cəbhə Partiyasının lideri Marin Le Peni deputat toxunulmazlığından məhrum edib.

Son.az report-a istinadən xəbər verir ki, bunu "France Pressə" məlumatlı mənbə bildirib. Buna səbəb olaraq, Marin Le Penin terrorçu İŞİD qruplaşmasnın qurbanlarından birinin fotosunu öz "Twitter" səhifəsində paylaşması göstərilib. Ondan əvvəl həmiş şəkili terrorçu qruplaşma öz səhifəsində paylaşıbmış.

Marin Le Pen 2015-c ildə İŞİD tərəfindən həyata keçirilən edam hökmündə çəkilən şəkilləri öz "Twitter" səhfəsində paylaşıb. Onlardan biri ABŞ vətəndaşı olan jurnalisit Ceyms Foulinin başının terrorçular tərəfindən kəsilməsini əks etdirən foto olub.

Qeyd edək ki, bu ilin martında isə Avropa Parlamenti Marin Le Peninin deputat toxunulmazlığının ləğv edilməsinin lehinə səs verib.