Səudiyyə Ərəbistanı onlarla husi komandirini məhv etdi


Dünya 08 Noy 2017 17:43:00 321 0

Səudiyyə Ərəbistanı onlarla husi komandirini məhv etdi

Səudiyyə Ərəbistanı Yəmənin şimalına zərbə endirərək, husilərin "Ənsaralla" təşkilatının onlarla komandirini məhv edib.

Son.az avropa.info-ya istinadən xəbər verir ki, bu barədə Sky News Arabia kanalı məlumat yaradıb. Kanalın məlumatına görə, Sananın şərqindəki Nahm rayonuna endirilən zərbə nəticəsində raket və digər silah növlərinin istehsalı ilə məşğul olan 11 üsyançı öldürülüb.

Bundan əlavə Hacca vilayətində yerləşən üsyançıların düşərgəsinə 12 hava reydi zamanı 50 nəfər öldürülüb. Husilərin dayağı sayılan Saad şəhəri də bombardmana məruz qalıb.