İstanbul polisindən Lənkəranskinin qardaşı ilə bağlı daha bir AÇIQLAMA


Kriminal 08 Noy 2017 17:27:00 299 0

İstanbul polisindən Lənkəranskinin qardaşı ilə bağlı daha bir AÇIQLAMA

Noyabrın 2-də Türkiyədə saxlanılan "Rövşən Lənkəranski"nin qardaşı Namiq Canıyevin cinayət işi üzrə ibtidai istintaqın müddəti 14 günə qədər uzadıla bilər.

Son.az xəbər verir ki, bu barədə unikal.org-un soruğusuna cavab olaraq İstanbul Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bildirilib.

Vurğulanıb ki, Türkiyə qanunvericiliyinə uyğun olaraq saxlanılan hər hansı bir şəxsin cinayət əməlinin olub-olmaması ilə bağlı istintaq müddəti 7 gündən 14 günə qədər uzadıla bilər. Əgər işi aparan müstəntiqin 7 gün ərzində apardığı istintaq hakimi qane etməzsə, bu müddət daha 7 gün uzadıla bilər.

Saxlanılan Namiq Canıyev və digərlərinin istintaq prosesi sabah yekunlaşır. 

Hazırda Namiq Canıyev və digərləri polis nəzarəti altında saxlanılır. Namiq Canıyev və digərlərinin sağlıq durumu da yaxşıdır.