Səudiyyə Ərəbistanında həbslərin ikinci dalğası başlayıb


Digərləri 08 Noy 2017 17:29:12 259 0

Səudiyyə Ərəbistanında həbslərin ikinci dalğası başlayıb

Səudiyyə Ərəbistanında davam edən antikorrupsiya əməliyyatları çərçivəsində həbslərin ikinci dalğası başlayıb

Bakı. Səudiyyə Ərəbistanında davam edən antikorrupsiya əməliyyatları çərçivəsində həbslərin ikinci dalğası başlayıb. Trend-in məlumatına görə, ikinci dalğa çərçivəsində bir neçə il əvvəl vəfat etmiş şahzadə Sultan ibn Əbdüləziz əl-Səudun yaxın ətrafı, eləcə də bir neçə sahibkar həbs olunub. Həbs olunanların sayı və adları barədə məlumat verilməyib. Bundan başqa, Səudiyyə Ərəbistanı bu gün həbs olunan məmurların bank hesablarını dondurub. Ümumilikdə əməliyyat başlayandan 1200 bank hesabı dondurulub. Qeyd edək ki, ölkədə yeni həbs dalğasının başlayacağı və 500-dən çox məmurun həbs olunacağı barədə məlumatlar yayılmışdı.