Ruhani: "Səudiyyə Ərəbistanı strateji səhvə yol verir"


Dünya 08 Noy 2017 16:28:00 279 0

Ruhani: "Səudiyyə Ərəbistanı strateji səhvə yol verir"

"ABŞ və İsraili dost, İranı düşmən hesab etməklə Səudiyyə Ərəbistanı strateji səhvə yol verir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran hökumətinin iclasında ölkə prezidenti Həsən Ruhani deyib.

H.Ruhani həmçinin Ər-Riyadın nəyə görə qonşu Yəmənə düşmən münasibət bəslədiyini də anlamadığını deyib: "Yəmən xalqı ölkənin bu qədər bombardmana məruz qalmasına necə reaksiya göstərə bilər? Siz yəmənlilərə dərman, qida və BMT-dən yardım göndərməyə icazə vermirsiniz. Bu, düzgün, şüurlu və İslama uyğun addımdırmı?"