Metroda qatarlarda nasazlıq halları 3 dəfədən çox azalıb


Digərləri 08 Noy 2017 16:04:00 275 0

Metroda qatarlarda nasazlıq halları 3 dəfədən çox azalıb

"Bakı metropolitenində vaqon parkının maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilib. "Nərimanov" elektrik deposunun təmir sahələri qısa müddətdə  ən müasir standartlar səviyyəsinə çatdırılıb. Təmir sexi tamamilə simasını dəyişib. Ən əsası isə vaqon təmirinə yeni baxış gətirilib, struktur yenilikləri ilə funksionallıq ən yüksək həddə çatdırılıb".

Son.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bu gün Bakı metrosunun fəaliyyətə başlamasının 50 illik yubileyinə həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində təmir detalları və qovşaqların böyük qisminin metropolitenin öz təmir-istehsalat sahələrində hazırlanmasına nail olunub:  "Hazırda metropolitendə 113 adda mexaniki detal və qovşaqdan 92-si metropolitenin öz bazasında hazırlanır. Nəticədə, qatarların mexaniki ehtiyat hissələrlə təminatında kənar müəssisələrdən, xüsusən də ölkə xaricindən asılılıq azaldılıb, təminatın operativliyi artırılıb, maliyyə resurslarına əsaslı qənaət əldə edilib. Ehtiyat hissələrlə təminat nəzarətə götürələrək, təmir briqadalarının işi yenidən qurulub. Həmçinin, onların sosial-məişət şəraiti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası müasir tələblər səviyyəsinə qaldırılıb".


Xəbərə aid fotolar