Vəzifəli şəxslərin cəzalandırılması ilə bağlı qanun təsdiqlənib


Siyasət 08 Noy 2017 15:48:20 258 0

Vəzifəli şəxslərin cəzalandırılması ilə bağlı qanun təsdiqlənib

İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.

“Report”un xəbərinə görə, qanun vəzifəli şəxslərin cəzalandırılmasını nəzərdə tutur.

Məcəlləyə 528-1-ci (İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi) maddə əlavə edilib.

Maddənin 1-ci bəndində deyilir: “İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə edilir”.

2-ci bənd isə belədir: “İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin icra edildiyi yerdə işəgötürən tərəfindən şəxs üçün müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edilməməsinə, yaxud işlədiyi saatların uçotunun aparılmamasına və ya düzgün aparılmamasına, şəxsin ictimai işlərin yerinə yetirilməli olduğu vaxtların cədvəlinin tərtib edilməməsinə və ya bu cədvəlin icra məmuruna vaxtında göndərilməməsinə, habelə ictimai işlərin yerinə yetirilməsindən boyun qaçırma halları barədə icra məmuruna dərhal məlumat verilməməsinə görə vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.

İcra məmuru tərəfindən ayda iki dəfədən az olmayaraq şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə cərimə edilir.

Qanun layihəsi dekabrın 1-də qüvvəyə minəcək.

Stoltenberq: NATO-nun yeni gəmilərə və sualtı qayıqlara ehtiyacı var like
  • 08 Noy 15:40  
Digərləri Stoltenberq: NATO-nun yeni gəmilərə və sualtı qayıqlara ehtiyacı var

NATO-nun hərbi-dəniz qüvvələri sahəsində yeni qüvvələrə və vasitəl

arrow Ətraflı
"Dedilər ki, 12 il içəridə yat, yoxsa öləcəksən"  Məhbus  VİDEO  FOTO like
  • 08 Noy 15:38  
Kriminal "Dedilər ki, 12 il içəridə yat, yoxsa öləcəksən" Məhbus VİDEO FOTO

ARB TV-nin "Rezonans" verilişi 3-cü dəfə həbsə düşən Aqil

arrow Ətraflı
Türk futbolçu "Arsenal"a qayıda bilər like
  • 08 Noy 15:35  
İdman Türk futbolçu "Arsenal"a qayıda bilər

“Beşiktaş” futbol klubunun yarımmüdafiəçisi

arrow Ətraflı
Bakıda fermaya basqın edənlər axır ki, tutuldular  FOTO like
  • 08 Noy 15:34  
Digərləri Bakıda fermaya basqın edənlər axır ki, tutuldular FOTO

Bakının Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB)

arrow Ətraflı
"Yanlış anlama" filminin Gəncədə imza günü keçirildi  VİDEO  FOTO like
  • 08 Noy 15:29  
Kriminal "Yanlış anlama" filminin Gəncədə imza günü keçirildi VİDEO FOTO

"ARB Ulduz"un "Şou məkan" verilişinin çəkiliş qrupu

arrow Ətraflı
Ağsuda Səyyar ASAN xidmətdə ödənişsiz tibbi müayinə aksiyası keçirilib like
  • 08 Noy 15:27  
Digərləri Ağsuda Səyyar ASAN xidmətdə ödənişsiz tibbi müayinə aksiyası keçirilib

"ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı

arrow Ətraflı
Vidadi Zeynalov azadlığa çıxa bilər like
  • 08 Noy 15:24  
Digərləri Vidadi Zeynalov azadlığa çıxa bilər

"Vidadi Zeynalovun cəzası 13 ildən 4 ilə endirilibsə və 2015-ci ildə

arrow Ətraflı
Səkkiz dil bilən azərbaycanlı akademik vəfat etdi like
  • 08 Noy 15:20  
Digərləri Səkkiz dil bilən azərbaycanlı akademik vəfat etdi

Səkkiz dildə yazıb, oxuyub və danışan azərbaycanlı akademik vəfat edib.

arrow Ətraflı
"Kəpəz"in futbolçusu: "Sonuncu pillədən yaxa qurtaracağıq" like
  • 08 Noy 15:16  
İdman "Kəpəz"in futbolçusu: "Sonuncu pillədən yaxa qurtaracağıq"

"Rəqibin gücü hamıya bəllidir, ona görə də mat&ccedi

arrow Ətraflı
UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinə həsr olunan elmi konfrans keçirilib like
  • 08 Noy 15:16  
Digərləri UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinə həsr olunan elmi konfrans keçirilib

UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə h

arrow Ətraflı
48 yaşlı kişi cinsi əlaqə üçün meşəyə apardığı qızı öldürüb çaya atdı  AZƏRBAYCANDA like
  • 08 Noy 15:10  
Digərləri 48 yaşlı kişi cinsi əlaqə üçün meşəyə apardığı qızı öldürüb çaya atdı AZƏRBAYCANDA

Tanışını öldürməkdə təqsirli bilinən Yevlax rayon sakini, 1969-cu il t

arrow Ətraflı
Bakı Metropolitenində retro vaqonlar - FOTOREPORTAJ like
  • 08 Noy 15:07  
Digərləri Bakı Metropolitenində retro vaqonlar - FOTOREPORTAJ

“İçərişəhər” stansiyasında Bakı Metropoliteninin 50 illik yubileyi i

arrow Ətraflı