Azərbaycan Türkiyədə hərbi dəniz təlimlərində iştirak edir


Siyasət 08 Noy 2017 15:55:00 294 0

Azərbaycan Türkiyədə hərbi dəniz təlimlərində iştirak edir

Azərbaycan Türkiyədə, Aralıq dənizində keçirilən "Doğu Akdeniz - 2017" hərbi təlimlərində müşahidəçi qismində iştirak edir.

Milli.A zxəbər verir ki, bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Hərbi təlimlərdə ABŞ, Bolqarıstan, Böyük Britaniya və Rumıniyanın Hərbi Dəniz Qüvvələri iştirak edir.

Azərbaycanla yanaşı, Bəhreyn, Əlcəzair, Qətər və Pakistan da təlimlərə müşahidəçi qismində qatılıblar.

Noyabrın 6-da başlayan təlimlər ayın 16-dək davam edəcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində