Ellardaysla Liverpul klubu arasında danışıqlar nəticə vermir


İdman 08 Noy 2017 15:53:00 300 0

Ellardaysla Liverpul klubu arasında danışıqlar nəticə vermir

"Everton" milli komandaların oyunu ilə əlaqədar Premyer Liqada yaranacaq fasilədə yeni baş məşqçisini elan etməyi planlaşdırır. Bu posta ən real namizəd İngiltərə millisinin sabiq çalışdırıcısı Sem Ellardaysdır. Goal.az xəbər verir ki, tcrübəli mütəxəsis klub rəhbərliyindən uzunmüddətli müqavilə tələb edir. "Everton" bossları isə buna razı deyil. Ellardaysın adı daha öncə Türkiyə millisi, "Crystal Palace" və "Leicester City" ilə hallanmışdı.

"Everton"da baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Devid Ansvort icra edir. O, Ronald Kumanın istefasından sonra bu vəzfiəni yerinə yetirir. Komanda onun rəhbərliyi altında ilk 4 oyununda 1 qələbə qazanıb.