Stoltenberq: NATO-nun yeni gəmilərə və sualtı qayıqlara ehtiyacı var
Digərləri 08 Noy 2017 15:40:00 244 0
NATO-nun hərbi-dəniz qüvvələri sahəsində yeni qüvvələrə və vasitələrə, o cümlədən gəmilərə, sualtı qayıqlara və dəniz patrulu təyyarələrinə ehtiyacı var
Bakı.
NATO-nun hərbi-dəniz qüvvələri sahəsində yeni qüvvələrə və vasitələrə, o cümlədən gəmilərə, sualtı qayıqlara və dəniz patrulu təyyarələrinə ehtiyacı var.
Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, bu zərurət bütün müttəfiqlərə şamil olunur: “Biz müxtəlif hədəflər müəyyən edirik və ölkələr üzrə paylaşdırırıq. Bizim hərbi-dəniz sahəsində müttəfiqlərimizdən xüsusi müraciətlərimiz var. Bu müraciətlər dənizdə imkanların genişləndirilməsini əhatə edir”.
Y.Stoltenberq əlavə edib ki, bu yeni müraciətlər yalnız müdafiə planlaşdırması prosesinə aiddir.
Mənbə: az.trend.az