Bakıda fermaya basqın edənlər axır ki, tutuldular FOTO


Digərləri 08 Noy 2017 15:34:00 250 0

Bakıda fermaya basqın edənlər axır ki, tutuldular  FOTO

Bakının Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində ötən ildən bağlı qalan quldurluq cinayətinin üstü açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Son.az-a verilən məlumata görə, 28 dekabr 2016-cı il tarixində iki nəfər naməlum şəxs Dədə Qorqud qəsəbəsində yerləşən fermalardan birinin yaşayış sahəsinə basqın edərək oranın sahibi Hafis Həsənovun həyat və sağlamlığına zor tətbiq etməklə, yəni silah qismində istifadə olunan dəmir parçası ilə ona  xəsarət yetirərək ondan pul tələb edib.

Bu yolla həmin şəxslər zərərçəkənin 1400 manatını, eləcə də ona məxsus iki ədəd ov tüfəngini götürərək qaçıblar. Hadisədən sonra zərərçəkən H.Həsənov baş verən cinayət barədə hüququ-mühafizə orqanlarına məlumat verib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisənin Beyləqan rayon sakini Elməddin Abbasov və Zaqatala rayon sakini Vasif Məmmədəliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.


Xəbərə aid fotolar