48 yaşlı kişi cinsi əlaqə üçün meşəyə apardığı qızı öldürüb çaya atdı AZƏRBAYCANDA


Digərləri 08 Noy 2017 15:10:00 363 0

48 yaşlı kişi cinsi əlaqə üçün meşəyə apardığı qızı öldürüb çaya atdı  AZƏRBAYCANDA

Tanışını öldürməkdə təqsirli bilinən Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Mayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mayıl Məmmədov 8 mart 2017-ci il, saat 17.30-da tanışı Gülnar İbrahimova ilə cinsi əlaqədə olmaq məqsədi ilə Mingəçevir şəhərində yerləşən 1 saylı orta məktəbin yaxınlığında görüşüb. Onlar Mayıl Məmmədovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Yevlax-Ağdaş yolunun kənarındakı meşəlik sahəyə gəlib.

Orada Mayıl Məmmədov Gülnar ilə birgə kolbasa-çörək yeyib, spirtli içki qəbul ediblər. Sonra Mayıl Gülnarəyə cinsi əlaqədə olmağı təklif edib. Gülnar cinsi əlaqəyə girmək müqabilində Mayıldan 20 manat istəyib. Mayıl da tələb olunan pulu ona verib.

Sonra Gülnar menstruasiya dövründə olduğunu qeyd edərək Mayılla cinsi əlaqədən imtina edib. Belə olduqda Mayıl ona verdiyi 20 manatı geri istəyib. Gülnarsa pulu qaytarmaqdan boyun qaçırıb.

Bununla bağlı aralarında yaranmış mübahisə zamanı Gülnar onun və anasının ünvanına nalayiq ifadələr işlədib. Bunun üçün Mayıl onun sifət nahiyəsinə şillə vurub. Bu zaman qadın yüngül dərəcəli xəsarət alıb.

Gülnar onun və mərhum anasının ünvanına söyüş söyməyə davam edib. Buna görə Mayıl qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib.

Mayıl qadını idarə etdiyi avtomobilinə əyləşdirib və Qax rayonu Əlibəyli kəndinə gedən avtomobil yolunun 900-cü metrliyindən keçən, yaşayış məntəqəsinin olmadığı ərazidə yerləşən çayın kənarına gətirib.

Bu zaman Gülnar yenidən onun və mərhum anasının ünvanına təhqiramiz ifadələr işlətdiyindən çayın kənarındakı torpağın üstündən götürdüyü ağac parçasını zorakı yolla onun ağız boşluğuna yeridib. Bununla da Gülnar boğularaq ölüb. Cinayəti törədəndən sonra qadının meyitini çaya atıb.

"Yolda qızlarla tanış oldum"

Mayıl Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mayıl Məmmədov bildirib ki, Mingəçevir şəhər sakini, yüngül həyat tərzi keçirən Gülnarı 2017-ci ilin fevral ayının təxminən 27-də tanıyıb. Onun sözlərinə görə, həmin günü Mingəçevir şəhərinə müştəri aparıb: "Müştərini düşürtdükdən sonra Gülnarı tanımışam. Həmin gün saat 11 radələrində idarə etdiyim "VAZ 2107" ilə Mingəçevir şəhərinə müştəri apardım. Geri qayıdarkən keçmiş tikiş fabrikinin yaxınlığında Gülnar və ayaqdan axsaq Təranə adlı qız mənə əl ilə işarə edərək avtomaşını saxlatdırdılar. Onları Xaldan qəsəbəsi istiqamətinə aparmağımı xahiş etdilər. Onları həmin istiqamətə apardım. Yolda həmin qızlarla tanış oldum, onların hər ikisinin yüngül həyat tərzi keçirən qadın olmalarını bildim. Gülnarın istifadəsində olan mobil nömrəsini aldım".

"Məqsədim cinsi əlaqədə olmaq olub"

Mayıl Məmmədovun sözlərinə görə, martın 8-də, saat 17.00-da Gülnarın mobil nömrəsinə zəng edib və onunla Mingəçevir şəhərində görüşüb: "Gülnara cinsi əlaqədə olmaq istədiyimi dedim, Gülnar da razılaşdı. İdarə etdiyim maşınla Mingəçevirə getdim. Saat təxminən 17.30-da Gülnarı götürdüm. Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətinə maşını sürdüm. Məqsədim yemək və araq alaraq, Gülnarla yeyib-içmək, sonra isə yolu kənarındakı "iydəlik" adlanan yerdə onunla cinsi əlaqədə olmaq olub. Ona görə də avtomaşını Xaldan qəsəbəsinə tərəf sürdüm. Xaldan qəsəbəsinin Ağdaş rayonu istiqamətinə gedən yerində yerləşən "Ucuzluq" adlı marketin qarşısında maşını saxladım. Marketdən kolbasa, çörək, 1 ədəd litrlik "Coca Cola", 1 ədəd də "Zolotoy kolso" adlı 0,5 litrlik spirtli içki araq və bir dəfəlik plastmas stəkanlar da aldım. Yevlax rayonu istiqamətinə gedən iydə ağaclarının yaxınlığında maşını saxladım. Aldığım ərzaqları və araq şüşəsini maşının kapotunun üstünə qoydum. Birlikdə yeyib-içdik".

"Əvvəl pulu ver, sonra səninlə cinsi əlaqədə olaram"

Mayıl Məmmədov bildirib ki, Gülnar təxminən 100 qram araq içəndən sonra ondan "görüşmək" pulunu istəyib: "Ondan nə qədər pul verəcəyimi soruşdum. Gülnar 20 manat istədi. Gülnara hələ cinsi əlaqədə olmadığımızı, niyə tez pulu istədiyini soruşdum. Gülnar mənə "əvvəl pulu ver, sonra səninlə cinsi əlaqədə olaram", - cavabını verdi. Bu səbəbdən 20 manatı ona verdim. Gülnar stəkanın yarısı qədər 2 dəfə dalbadal araq içəndən sonra cinsi əlaqədə olmağı təklif etdim. O, isə xəstə olduğunu dedi. Başa düşdüm ki, Gülnar qadın xəstəliyi olan "aybaşı" olub. Gülnara dedim ki, əgər xəstə idinsə nə üçün pulu aldın. Gülnar isə "evdən çıxmışam, vaxtımı almısan, pulumu almalıyam" cavabını verdi. Gülnardan 20 manatı qaytarmasını tələb etdim. Gülnar nalayiq formada "rədd ol, get" ifadəsini işlətdi. Ona "sən məni "lox" hesab edirsən?" sualını verdim, sonra verdiyim pulu geri istədim".

"Özünü idarə edə bilmirdi"