ABŞ İraq, Suriya, Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlara 4,3 trilyon dollar xərcləyib


Dünya 08 Noy 2017 14:41:20 261 0

ABŞ İraq, Suriya, Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlara 4,3 trilyon dollar xərcləyib

Hesablamalara görə, ABŞ-ın hərbi xərcləri hər bir amerikalı vergi ödəyicisinə təxminən 23,4 min dollara başa gəlib

ABŞ 2001-ci ildən bəri İraq, Suriya, Əfqanıstan və Pakistandakı hərbi əməliyyatlara, eləcə də milli təhlükəsizliyin möhkəmləndirilməsinə və veteranlara yardıma 4,3 trilyon dollar xərcləyib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Braun Universitetinin Uotson İnstitutunun tədqiqatında deyilir.

Araşdırmaya görə, 2017-ci maliyyə ilində hərbi əməliyyatlara, təhlükəsizliyə və veteranlara yardıma xərclənən ümumi məbləğ 2001-ci ildən bu yana 4,3 trilyon dollara çatıb.

Alimlərin fikrincə, ABŞ-da bu rəqəm 1 oktybar 2017-ci il tarixindən 2018-ci maliyyə ilində 5,6 trilyona çatacaq.

Hesablamalara görə, ABŞ-ın hərbi xərcləri hər bir amerikalı vergi ödəyicisinə təqribən 23,4 min dollara başa gəlib.

Qeyd edək ki, Pentaqonun daha əvvəl yayımladığı sənəddə ABŞ-ın 2001-ci ildən etibarən hərbi əməliyyatlara xərclədiyi vəsaitin ümumi dəyəri 1,52 trilyon dollar kimi qiymətləndirilmişdi.