"Miss Top Model Azerbaijan2018" müsabiqəsinin ilk kastinqinin tarixi və yeri məlum oldu


Digərləri 08 Noy 2017 14:48:00 280 0

"Miss Top Model Azerbaijan2018" müsabiqəsinin ilk kastinqinin tarixi və yeri məlum oldu

"Miss Top Model Azerbaijan-2018" müsabiqəsinin ilk kastinqinin tarixi və yeri məlum oldu.

Milli top-model müsabiqəsi olan "Miss Top Model Azerbaijan-2018"in ilk kastinqi 12 noyabr saat 15:00-da "Switch Venezia" klubunda keçiriləcək.

Müsabiqənin təşkilatçıları bildirib: ""Miss Top Model Azerbaijan"-ın digər müsabiqələrdən fərqliliyi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər də qatıla bilərlər".

Xatırladaq ki, 17 iyun final gecəsində - "Miss Top Model Azerbaijan-2017" adını Ceyhunə Əliyeva qazanmışdır.

Müsabiqənin iştirakçıları keçən il olduğu kimi, bu il də qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb sənayesinə qatılmaq şansı əldə edəcəklər.

"Miss Top Model Azerbaijan" adını qazanan iştirakçı ölkəmizi beynəlxalq "Miss Top Model of the World" müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.