Narkotiklərə dair Qlobal Sorğu 2018 - Məlumat Vərəqəsi


Digərləri 08 Noy 2017 14:48:40 256 0

Narkotiklərə dair Qlobal Sorğu 2018 - Məlumat Vərəqəsi

Sizi narkotiklər və onların istifadəsinə dair dünyanın ən böyük onlayn sorğusunda iştirak etməyə dəvət edirik.

Bakı. Sizi narkotiklər və onların istifadəsinə dair dünyanın ən böyük onlayn sorğusunda iştirak etməyə dəvət edirik. Sorğuda iştirak tamamilə könüllüdür; iştirak etməyə məcbur deyilsiniz, əgər iştirak etməyə qərar versəniz, sualları cavablayarkən də istəmədiyiniz bölümləri boş qoya bilərsiniz. Zəhmət olmazsa, sorğuya başlamazdan əvvəl aşağıdakı məlumatları oxuyun və suallarınız olduğu təqdirdə tədqiqat qrupu ilə əlaqə yaradın. Narkotiklərə dair Qlobal Sorğu haqqında Narkotiklərə dair Qlobal Sorğu (Global Drug Survey) narkotiklər və onların istifadəsinə aid mövcud olan ən böyük, illik onlayn sorğudur. Bizə verilən məlumatlar əsasında, biz yeni əmələ gələn narkotikləri, zərərin azaldılması strategiyalarını və sağlamlıq göstəricilərini tədqiq edir, həmçinin, əvvəlki sorğuların nəticələri ilə müqayisə apararaq istifadə trendləri və formalarını müəyyənləşdiririk. Biz narkotik istifadəsinə qarşı açıq, dürüst və şəffaf yanaşırıq və tədqiqat nəticələrini ictimaiyyət ilə paylaşarkən narkotiklərin ayrı-ayrı fərdlərə, həmçinin, ümumilikdə cəmiyyətə verə biləcəyi zərərləri minimallaşdırmağa çalışırıq. Narkotiklərə dair Qlobal Soğru - müstəqil bir araşdırma təşkilatıdır. Biz öz işimiz ilə narkotiklərə dair dünyada mövcud olan digər mənbələri tamamlayırıq. Biz ümid edirik ki, öz nəticələrimizi digər mənbələrlə müqayisə edərək, ictimai sağlamlıq təşkilatlarını daha yaxşı məlumatlandıra bilərik və nəticədə onların narkotiklərdən istifadə edən şəxslərin sağlamlığını və rifahını yaxşılaşdırmaq üçün daha optimal strategiya və siyasət inkişaf etdirmələrinə təsir edə bilərik. İştirak etməyə qərar versəm, nə olacaq? Əgər sorğuda iştirak etməyə qərar versəniz, 16 yaşından yuxarı olduğunuzu və verəcəyiniz cavabların bizim tədqiqatımızda istifadə olunacağına dair razılıq verməyiniz xahiş olunacaq. Razılıq verdikdən sonra, sorğuya aparan keçidə yönləndiriləcəksiniz. Sorğu müxtəlif bölmələrdən ibarətdir, amma, onların hamısı sizə aid deyil. Müəyyən cavablar sizi fərqli bölmələrə aparacaq. Məsələn, son 1 il ərzində spirtli içki içdiyinizə dair "bəli" cavabı versəniz, avtomatik olaraq spirtli içkiyə dair digər suallara cavab verməyiniz xahiş olunacaq. İştirak tamamilə könüllüdür, siz istəmədiyiniz sual yaxud bölmələri cavablmaya bilərsiniz. Biz təxmin edirik ki, sorğunu tamamlamaq təxminən 15-30 dəqiqə çəkə bilər, lakin, istifadə tarixçənizə bağlı olaraq 60 dəqiqəyədək də çəkə bilər. Siz sorğunu davam etdikcə cavablarınız yaddaşa saxlanılacaqdır, lakin, istənilən an iştirakı dayandıra bilərsiniz və "geri çəkilmək" düyməsini bassanız verdiyiniz bütün məlumatları yaddaşdan silmiş olacaqsınız. Həmçinin, verdiyiniz cavablar tamamilə anonim qalacaqdır; Narkotiklərə dair Qlobal Sorğu sizin kimliyinizi müəyyənləşdirən detalları, adınızı, ünvanınızı, yaxud sosial sığorta nömrənizi soruşmayacaqdır. Əgər sorğunun sonunda əlaqə məlumatlarınızı bizimlə paylaşmaq istəsəniz, Narkotiklərə dair Qlobal Sorğu sizin sorğu cavablarınızı adınız, e-poçt ünvanınız, telefon nömrəniz yaxud yaşayış ünvanınız ilə əlaqələndirməyəcəkdir. Mənə necə suallar veriləcəkdir? Sizdən spirtli içkidən, idarə olunan narkotik vasitələrdən və reseptli dərmanlardan istifadə haqqında, necə və niyə istifadə etdiyiniz haqqında soruşulacaqdır. Biz həmçinin narkotiklərinizi haradan aldığınız haqqında və hər hansı yeni narkotik vasitələrdən istifadə edib etməməyiniz haqqında soruşacağıq. Bu ilki sorğuda risk və xeyirləri araşdırmaq məqsədi ilə, yeni çıxan psixoaktiv narkotik vasitələr haqqında da kimlərin və necə istifadə etdiyi öyrəniləcəkdir. Hansı xeyirlər və risklər var? İştirakınız üçün maddi qarşılıq nəzərdə tutulmayıb, lakin, ən əsas xeyir sizin verdiyiniz cavabların bizim narkotiklərə dair anlayışımızın genişləndirilməsinə olan töhfədir. Bundan əlavə, narkotiklərlə bağlı trendlər və siyasəti effektivləşdirmək və insanların narkotiklərdən təhlükəsiz şəkildə istifadə etməkləri üçün müxtəlif növ, pulsuz zərərin azaldılması proqramlarının yaradılmasına kömək etmiş olacaqsınız. Bu sorğuda iştirak etməkdə heç bir risk yoxdur. Verdiyiniz bütün məlumatlar tamamilə anonimdir və sizin cavablarınız sizi tapmaq üçün istifadə oluna bilməz. Biz İP ünvanlarını qeydiyyata almırıq. Siz istəmədiyiniz bütün sual və bölmələri boş qoya bilərsiniz və öz iştirakınız istədiyiniz an dayandıra bilərsiniz. Əgər sorğuda iştirak etməklə öz istifadəniz haqqında daha dərindən düşünməyə başlasanız və məsləhət almaq istəsəniz, Narkotiklərə dair Qlobal Sorğunun Highway Code and Drugs Meter app-lərindən istifadə edə bilərsiniz. Birləşmiş Krallıqların 1988-ci il Məlumatların Qorunması Aktı bütün toplanmış məlumatlara şamil ediləcəkdir. Məlumatlar şifrə ilə qorunan digital kompyuter qovluqlarında və şifrələnmiş cloud serverlərdə saxlanılacaqdır. Tədqiqat yekunlaşdıqdan sonra və nəticələr analiz edilib, dərc edildikdən sonra, məlumatlar şifrələnəcəkdir və Narkotiklərə dair Qlobal Sorğu təşkilatının təhlükəsiz kompyuterlərində arxivləşdiriləcəkdir. Narkotiklərə dair Qlobal Sorğu necə maliyyələşdirilir? Narkotiklərə dair Qlobal Sorğu (Global Drug Survey) müstəqil bir araşdırma təşkilatıdır və illik sorğular özümüz tərəfindən maliyyələşdirirlir. Bu il Narkotiklərə dair Qlobal Sorğu, onlayn narkotik marketlərinin və "qaranlıq" marketlərin uzun-müddətli araşdırılması üçün Avstraliyanın Milli Sağlamlıq və Tibbi Tədqiqatlar Mərkəzindən maddi dəstək qəbul edib. Tədqiqat UCL (London) İnsan Tədqiqatları Etika Komitəsi tərəfindən, UNSW (Sydney) və Queensland Universiteti (Brisbane) tərəfindən təsdiqlənib. Tədqiqatın nəticələri ilə nə ediləcəkdir? Tədqiqatın əsas nəticələri bizim qlobal media partnyorlarımızla 2018-ci ilin May/İyun aylarında paylaşılacaqdır. Daha dərin analizlər isə resenziyalı elmi jurnallarda dərc etdiriləcək, konfranslarda təqdim ediləcək və məsləhət şuralarının görüşlərində müzakirə ediləcəkdir. Tədqiqat nəticələrinin qısa məcmusu həmçinin bizim internet səhifəmizdə yerləşdiriləcəkdir (website). Narkotiklərə dair Qlobal Sorğunun topladığı məlumatlar əlavə və sonrakı tədqiqatlar üçün istifadə oluna bilər. Belə halda, tədqiqat partnyorlarımız yalnız bizim riayət etdiyimiz məlumatların qorunması şərtlərinə riayət etdikləri halda toplanılan sorğu nəticələrindən istifadə edə bilərlər. Elmi araşdırma partnyorlarımız dərc olunan məlumatların keyfiyyət standartlarının qorunması məqsədi ilə tandem şəklində işləyir. Əlavə suallarınız var? Zəhmət olmazsa, bu məlumat vərəqəsini yükləyin və sürətini saxlayın. Əgər əlavə suallarınız olarsa yaxud Narkotiklərə dair Qlobal Sorğu haqqında əlavə məlumatlar əldə etmək istəsəniz, zəhmət olmazsa, aşağıdakı əlaqə ünvanlarına müraciət edin: Dr Adam Winstock Fergusson House 124/128 City Road London EC1V 2NJ [email protected] [email protected] Bu tədqiqatı təsdiqləmiş etika komitələrinə müraciət etmək istəsəniz, zəhmət olmazsa, aşağıdakı məlumatlardan istifadə edin: UCL Research Ethics Committee, [email protected], approval no. 11671/001 UNSW Human Research Ethics Committee, [email protected], approval no. HC17769 UQ Human Research Ethics Committee Bu məlumat vərəqəsini oxuduğunuz üçün və Narkotiklərə dair Qlobal Sorğuya maraq göstərdiyiniz üçün təşəkkür edirik! Narkotiklərə dair Qlobal Sorğu 2018 Əziz oxucular! Hər il dünyanın 35-dən çox ölkəsinin iştirak etdiyi Narkotiklərə dair Qlobal Sorğu (GDS) bu il Azərbaycan dilinə də tərcümə edilərək, iştirakınız üçün açıq elan edilib. Əgər narkotiklərdən istifadəni hər kəs üçün təhlükəsiz etmək istəyirsinizsə, onda oxumağa davam edin. Sorğu müstəqil tədqiqat təşkilatı tərəfindən aparılır və ictimai sağlamlıq, epidemiologiya və ictimai siyasət üzrə bir sıra beynəlxalq ekspertlər tərəfindən hazırlanır. Bu qlobal sorğunun bir neçə məqsədi var. Ən başlıcası, narkotiklərə dair anonim, səmimi və obyektiv müzakirələri canlandırmaqdır. Narkotik dedikdə nə nəzərdə tuturuq? Hər gün istifadə etdiyimiz amma adına narkotik demədiyimiz maddələr də qarışıq, bu il biz Azərbaycanda spirtli içki, nikotin və çətənə bitkisi (marixuana) haqqında soruşmaq istəyirik. İkinci olaraq, istifadəçilərin fikirlərini və ehtiyaclarını öyrənərək onlara uyğun tibbi müalicə və sosial xidmətlərin yaradılmasına təkan vermək istəyirik. Sorğunun əsas məqsədlərindən biri, insanları təhlükəsiz istifadə metodları ilə tanış etməkdir. Bunun üçün isə, hansı maddədən nə qədər istifadə olunduğunu bilməyimiz şərtdir. Narkotiklər demək olar ki, hər bir insanın həyatında rol oynayır. İstifadə miqdarı və tezliyi fərqli olsa da. Kimsə ayda bir dəfə bir qədəh şərab içir, kimsə isə hər gün 20 ədəd tütün siqaretlərindən istifadə edir. Kimsə isə, hər gün həm çətənə, həm nikotin həm də spirtli içkidən istifadə edir və bəlkə, öz istifadəsi haqqında daha çox məlumatlanmaq yaxud mütəxəssis köməyinə müraciət etmək istəyir. Amma necə və harada? Bunları inkişaf etdirməyimiz üçün, sizin cavablarınıza ehtiyac var! Ən əsası, sorğu tamamilə anonimdir! Bu günədək adlarını bilmədiyimiz, üzlərini tanımadığımız 450 000 nəfər insan bizimlə öz təcrübələrini paylaşıb. Siz də bu qlobal hərəkata qoşularaq, narkotiklərə dair saysız - hesabsız əfsanəvi fikirləri puç etməyə kökmək edə bilərsiniz! Sorğuya başlamaq üçün, aşağıdakı keçidə klikləyin. Narkotiklərə dair Qlobal Sorğuya dəstək olduğunuz üçün çox təşəkkür edirik! https://surveys.globaldrugsurvey.com/s3/GDS2018