Tofiq Quliyev adına musiqi məktəbi dahi bəstəkarın yubileyini qeyd edib


Kriminal 08 Noy 2017 14:25:00 388 0

Tofiq Quliyev adına musiqi məktəbi dahi bəstəkarın yubileyini qeyd edib

Noyabrın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə dahi sənətkarın adını daşıyan 12 nömrəli 11 illik musiqi məktəbində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Məktəbin istedadlı şagirdlərinin ifasında Tofiq Quliyevin "Rəqs", "Mahnı", "Vals", "Kamilin mahnısı", "Bakılıyam mən", "Faytonçu", "Sənə də qalmaz", "Sevinc nəğməsi" kimi bir çox  əsərləri səsləndirilib.


Xəbərə aid fotolar