Bakıda 1500 manata iş təklifi İnsanı görün necə aldadırlar VİDEO FOTO


Digərləri 08 Noy 2017 13:26:00 316 0

Bakıda 1500 manata iş təklifi  İnsanı görün necə aldadırlar  VİDEO  FOTO

İşədüzəltmə şirkətlərindən biri "Dəniz Turizm" müraciət edən insanlardan blank doldurmaq məqsədilə 20 manat pul tələb edir. İş tapmaq arzusunda olan insanlar, təbii ki, bu şirkətlərin təkliflərinə inanıb, tələb olunan pulu verirlər. Verdiyi pul müqabilində iş gözləyən və növbəti dəfə həmin şirkətə gedəndə artıq həmin ofisdə o şirkəti görmür.

Son.az xəbər verir ki, zərərçəkən Kənan Əliyev adlı şəxs baku.ws-yə bildirib ki, işbazlar tək onu yox, bir neçə adamı aldadıb. Onun sözlərinə görə, iş elanında yazılan nömrəyə zəng edəndə telefon, ya işləmir, ya da zəng çatmadığını göstərir. İşədüzəltmə şirkəti insanları cəlb etmək üçün elanda əmək haqqı 1500 AZN göstərilir.

"Saytların birində ayın 29-da "Dənizçi axtarırıq" elanı gördüm. Zəng etdim, "28 May" metro stansiyasının yeni çıxışında, Ceyhun Hacıbəyli 96 ünvanında yerləşən "Dəniz Turizm" şirkətinə gəldim. Orada mənə dedilər ki, BP-nin nümayəndəsi sizinlə iş barəsində danışacaq. Blank doldurduqdan sonra məndən 20 AZN tələb olundu. Pulu verdikdən sonra mənimlə müqavilə imzalandı. Müqaviləyə əsasən isə iş alınmasa, 20 AZN qaytarılacaq". 

K.Əliyev deyir ki, onunla noyabrın 1-7-də əlaqə saxlanılacaq. Lakin işbazlar Kənan kimi bir neçə insanı aldadaraq bir daha zəng etməyiblər. 

Şirkətin qarşısında dayanan taksi sürücülərinin danışdıqlarına görə, burada daha çox xanımları aldadaraq gözüyaşlı qoyublar.


Xəbərə aid fotolar