Tacirlə İlahə Fəda arasında QALMAQAL: “Arvadımı atıb, Fədayənin dalınca düşməliyəm?"


Şou-biznes 08 Noy 2017 13:15:00 460 0

Tacirlə İlahə Fəda arasında QALMAQAL: “Arvadımı atıb, Fədayənin dalınca düşməliyəm?"

Fədayə Laçının bacısı İlahə Fədanın müğənni Tacir Şahmalıoğlunun ünvanına səsləndirdiyi fikirlər Taciri özündən çıxarıb.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən müğənni bunları deyib:

"Eşitdim o qız ağzına gələni danışıb. Ayıb olsun. Məni bütün Azərbaycan tanıyır, sənətimi də hamı dəyərləndirir. Necə yəni, mən müəllim deyiləm?! Necə yəni Fədayə ilə duet oxuyandan sonra tanınmışam?! Boş-boş söhbətləri ortaya atmasın. Fədayənin hirsini məndən çıxır, deyəsən. Mən neyləməliyəm? Gül kimi arvadım, uşaqlarım var, ailəli adamam. Arvad-uşağı atıb Fədayənin dalınca düşməliyəm. Fədayənin öz səhvidir, özü günah işləyibsə, günahının da cəzasını özü çəksin, məni ortalığa atmasınlar. Elə hamı Fədayəni məndən soruşur".