ABŞ gələn il neft hasilatını tarixi rekord həddə çatdıracaq


İqtisadiyyat 08 Noy 2017 13:04:39 290 0

ABŞ gələn il neft hasilatını tarixi rekord həddə çatdıracaq

Şist neft hasilatının 76% artması gözlənilir

Gələn il ABŞ-da neft hasilatının 1970-ci ildə qeydə alınan tarixi rekord həddi ötəcəyi proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu barədə OPEC təşkilatının 2040-cı ilə qədər neft bazarının inkişafı ilə bağlı hazırladığı yeni hesabatda bildirilir.

Sənəddə qeyd olunub ki, neft hasilatı 2018-ci ildə hasilatı tarixi rekord hədd - 9,6 mln. barel/günü ötəcək, hazırda isə 2015-ci ilin aprelində qeydə alınan pik səviyyəyə çatəb.

OPEC-in proqnozlarına görə, ABŞ-da neft hasilatı yaxın illərdə artacaq: 2022-ci ilə qədər ABŞ neft və kondensatın hasilatını 30% artıraraq 16,1 mln. barel/günə çatdıracaq, şist neft hasilatında artım 76%-ə çatacaq və təxminən 7,4 mln. barel/gün təşkil edəcək.

Bununla yanaşı bildirilir ki, 2027-ci ilə qədər ABŞ-da neft hasilatının pik səviyyəyə yüksələcəyi, daha sonra isə tədricən azalacağı ehtimal edilir. 2040-cı ilə isə neft hasilatının 14,2 mln. barel/günə kimi geriləyəcəyi gözlənilir.