Baş epidemioloq: "Bundan xoflanmaq lazım deyil"


Digərləri 08 Noy 2017 13:00:00 277 0

Baş epidemioloq: "Bundan xoflanmaq lazım deyil"

Azərbaycanda insanlar arasında qripə yoluxma halları olsa da, xəstələnmə halları epidemioloji həddi keçməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

O qeyd edib ki, ölkədə qriplə xəstələnmə halları az qeydə alınır: "Qrip bütün dünyada var, o cümlədən də Azərbaycanda. Amma ölkəmizdə nə qrip, nə də qripə bənzər xəstəliklərlə yoluxma epidemioloji həddi keçməyib. Əgər hər 1000 nəfərdən 10-u qripə yoluxubsa, bu, adi haldır. Bundan xoflanmaq lazım deyil. Bu xəstəliyin Azərbaycandan da çox yayıldığı ölkələr var".