Neymar Emerini güclü mütəxəsis hesab etmir


İdman 08 Noy 2017 13:06:00 302 0

Neymar Emerini güclü mütəxəsis hesab etmir

PSG-də Neymar üçün maksimum rahatlıq yaradılsa da, braziliyalı ulduz baş məşqçi Unay Emeri ilə yaxşı münasibətdə deyil. Goal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, Neymar onu güclü mütəxəsis hesab etmir. "Sambaçı" Emerini tez-tez tənqid edir və onun taktiki seçimlərinə etinasız yanaşır. Bu səbəbdən ispaniyalı məşqçi, hətta hazırlıq metoduna da dəyişiklik edib. Oyunların videoyazısına Neymarın iradından sonra daha az vaxt ayrılır.

Tərəflər arasında ilk kiçik konflikt "Anderlecht"lə Çempionlar Liqasında keçirilən oyundan əvvəl yaranmışdı. Emeri bəzi futbolçuların məşq vaxtını azaltmaq istədikdə braziliyalı hücumçu ona etirazını bildirmişdi.