Rusiyaya gedən yolun üzərindəki qəzalı körpü bərpa olundu VİDEO FOTO


Digərləri 08 Noy 2017 12:51:00 280 0

Rusiyaya gedən yolun üzərindəki qəzalı körpü bərpa olundu  VİDEO  FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 146-cı km-də, Vəlvələ çayı üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpü əsaslı şəkildə bərpa olunaraq vətəndaşların istifadəsinə verilib.

"Azəravtoyol" ASC-dən Son.az-a verilən məlumata görə, 1972-ci ildə inşa olunmuş körpüdə bərpa işləri texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.  Yolun beynəlxalq yük və sərnişin daşımasındakı əhəmiyyəti nəzərə alınaraq bərpa işləri qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Bərpa işləri zamanı mövcud tikinti norma və qaydalarına əsasən 120 m uzunluğunda olan körpünün 7 aşırımında olan mövcud 49 tir yenisi ilə əvəz edilib və dayaqları köynəyə alınıb möhkəmləndirilərək armo-betonla betonlanıb.

Aparılan bərpa işləri zamanı körpünün eni genişləndirilərək 8 m-dən 10,5 m-ə çatdırılıb. Körpünün hər iki tərəfində piyadaların normal və təhlükəsiz hərəkəti üçün 1,2 m enində yeni piyada səkiləri qurulub. Səkilərlə təhlükəsiz hərəkəti təmin etmək məqsədi ilə körpünün hərəkət hissəsi və səkilərin arasına xüsusi təkərqaytaran dəmir-beton maneələr qoyulub, körpünün kənarlarına isə yeni mühəccərlər və körpünün giriş hissələrinə əlavə olaraq əyrixətli dəmir tirlər quraşdırılıb.


Xəbərə aid fotolar