UEFA PSG-yə xəbərdarlıq etdi


İdman 08 Noy 2017 12:49:00 278 0

UEFA PSG-yə xəbərdarlıq etdi

PSG maliyyə feyr-pleyinə görə ciddi problemlərlə üzləşə bilər.

Goal.az xəbər verir ki, UEFA gələn mövsümün əvvəlində 2017-ci ilin maliyyə hesabatını nəzərdən keçirəcək. PSJ-nin bununla bağlı işlərinin qaydasında olmadığı bildirilir. Paris klubu məsələni yoluna qoymaq üçün qış transfer pəncərəsi zamanı bir neçə futbolçusunu 80 milyona satmalıdı ki, balans yarada bilsin. Əks halda, PSG 2018/2019 mövsümündə Çempionlar Liqasından qovula bilər.

Məlumata görə, PSG qışda Anxel di Mariya ilə Lukas Mouronu satmağı planlaşdırır.