Həbsxana həyatı yaşayanlar üçün “Yeni başlanğıc” bitdi FOTO VİDEO


Digərləri 08 Noy 2017 11:46:00 326 0

Həbsxana həyatı yaşayanlar üçün “Yeni başlanğıc” bitdi  FOTO  VİDEO

Məhkumların cəmiyyətə reinteqrasiyası ilə əlaqədar çətinlikləri ictimaiyyətin diqqətinə çatdırmaq, onlara qarşı neqativ stereotiplərin azalması, çəza çəkən şəxslərin fərdi inkişaflarına töhfə vermək məqsədilə həyata keçirilən "Yeni başlanğıc" layihəsinin icrası başa çatıb. Layihə Aynurə Allahverdiyeva, Ərşad Məmmədov, Uğur Nuri və onların mentoru Leyla Əzizli tərəfindən həyata keçirilib.

Son.az xəbər verir ki, "İnkişaf zamanı" proqramı çərçivəsində "Konstitusiya" Araşdırmalar Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində gənclər tərəfindən toplanan 535 kitab Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4, 6, 16 saylı, Uşaq Tərbiyə və Şəki cəzaçəkmə müəssisələrinin kitabxanalarına hədiyyə edilib.  Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaşəkmə və Uşaq Tərbiyə Müəssisəsində məhkumlarla görüş keçirilib. Məhkumlara qarşı neqativ steriotiplərin azaldılmasına yardım göstərilməsi məqsədilə sosial çarx çəkilib.

Sosial çarx "Yeni başlanğıc" layihəsi heyətinin təşəbbüsü və gənc aktyorlar Ümman Budaqov,  Kənan İsmayılov, Rafiz Mehdiyev, Habil Xanlarov, aktrisalar Jalə Quliyeva, Vəfa Qurbanova, Sevda Ağazədənin yardımı ilə çəkilib. Onlar gənclərin bu təşəbbüsünə könüllü dəstək veriblər.

Layihələ yekunlarının təqdimatına Ədliyyə Nazirliyi yanında İctimai Komitə üzvləri, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev,  Milli QHT Forumunun rəhbəri Rauf Zeyni, "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB-nin sədri Əhməd Abbasbəyli iştirak edib.


Xəbərə aid fotolar