Bakıda reyd zamanı AMEAnın işçisi sərxoş halda saxlanıldı VİDEO


Digərləri 08 Noy 2017 11:47:51 238 0

Bakıda reyd zamanı AMEAnın işçisi sərxoş halda saxlanıldı  VİDEO

Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşları reyd aparan zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) avtomobili sərxoş idarə edən əməkdaşı "Saxla" əmrinə tabe olmayıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Aeroport yolunda 10-AA-370 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü maşını şübhəli idarə etdiyinə görə "Saxla" əmri verib. Lakin əmrə tabe olmayan avtomobil sürücüsü avtoxuliqanlıq edərək yol polisi əməkdaşlarından uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb.

Sürücü Yusifov Yusifin avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. O, avtoxuliqanlıq etdiyinə və sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub. Avtomobil cərimə meydançasına yerləşdirilib. Qeyd edək ki, Y.Yusifov AMEA-da çalışır.