Vidadi Zeynalov və digərlərinin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb
Sosial 08 Noy 2017 11:25:21 324 0
Müsadirə dayandırılıb
Bu barədə "Report"a vəkil Gülşən Salmanova məlumat verib.
Vəkil qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarında təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakların üzərindən həbs götürülüb və müsadirə dayandırılıb: "2009-cu ildən sonrakı illərdə əldə olunan əmlakların üzərinə qoyulmuş həbs isə götürülməyib".
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Digərləri - Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayev barəsində şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıblar.
Qeyd edək ki, V.Zeynalov və digərləri 2015-ci ildə həbs edilib.