Hansı ölkədə hansı avtomobili sevirlər?


Digərləri 08 Noy 2017 07:41:00 257 0

Hansı ölkədə hansı avtomobili sevirlər?

Təbii ki, müxtəlif ölkələrdə fərqli avtomobil modelləri məşhurdur.

Son.az bildirir ki, Britaniyanın "Park Indigo" şirkətinin ekspertləri tədqiqat keçirərək, dünyanın müxtəlif ölkələrinin avtomobil bazarlarında ən çox satılan, dolayısıyla həmin ölkədə ən çox sevilən maşınların adlarını açıqlayıblar.

Britaniyalılar özlərindən başlayıblar və aydın olub ki, "Volkswagen Golf" Böyük Britaniyada ən məşhur avtomobil modelidir.

Tədqiqata görə, "Ford F-150" pikapı ABŞ-da tələbatı ən çox qiymətləndirilən maşın hesab olunub. Maşın ilk dəfə 1948-ci ildə buraxılıb. Bu illər ərzində avtomobilin bir neçə modifikasiyası yaradılıb.

"Toyota Hilux" 25 ölkədə satışlara başçılıq edir. Maşın Argentina, Avstraliya, Honduras, Oman və Cənubi Afrikada yüksək tələbatlıdır.


Xəbərə aid fotolar