Gəncədə işıqforu qırmızı işıqda keçən qadın sürücü qəzaya səbəb olub


Sosial 07 Noy 2017 22:45:38 263 0

Gəncədə işıqforu qırmızı işıqda keçən qadın sürücü qəzaya səbəb olub

Hadisə axşam saatlarında baş verib

Axşam saatlarında Gəncə şəhərində qadın sürücü yol qəzasına səbəb olub.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Hyundai Coupe" markalı avtomobil işıqforun qaydalarını pozaraq sol tərəfdən gələn avtomobilin yoluna çıxıb və nəticədə qəza baş verib.

İlkin məlumatlara görə, sürücüsü qadın olan "Hyundai Coupe" markalı idman maşınına və digər avtomobilə ciddi ziyan dəyib. Qəza nəticəsində ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.