AYİB Azərbaycan ÜDM-inin artım proqnozunu dəyişilməz saxlayıb


İqtisadiyyat 07 Noy 2017 23:33:51 324 0

AYİB Azərbaycan ÜDM-inin artım proqnozunu dəyişilməz saxlayıb

2018-ci ildə ölkə ÜDM-inin artım proqnozu 2% təşkil edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) son yarım ildə 36 ölkə ÜDM-inin artım proqnozunu açıqlayıb.

"Report"un məlumatına görə, bankın "Regional iqtisadi perspektivlər" adlı payız hesabatına əsasən, Azərbaycanda ÜDM artımı may ayından bu yana - 0.5% səviyyəsində dəyişilməz qalıb.

Hesabata görə, 2018-ci ildə Azərbaycan ÜDM-inin artım proqnozu dəyişilməz qalacaq və 2% təşkil edəcək.